Nevrologiya

Nevrologiya - sinir sisteminin funksiyası, quruluşu və xəstəlikləri haqqında elmdir. Sinir sisteminin xəstəliklərində şikayətlər spektri çox genişdir.Bu şikayətlər baş ağrıları, baş gicəllənmə, qeyri səlis yerimə, görmənin, nitqin, udma aktının pozulması, beldə, ayaqlarda, əllərdə ağrılar, hissiyatın pozulması, əl-ayaq əzələlərində zəiflik, iflic və s. ola bilər.

"Turan" klinikasinda təcrübəli həkim-nevropotoloq müayinə apararaq sizin aşağıdakı problemlərinizi həll etməyə kömək edəcək:

Angionevrologiya:

* Baş beyin qan dövranının kəskin pozulması (insult, infarkt)
* Xroniki beyin damar çatışmamazlığı (serebral ateroskleroz, hipertenziv ensefalopatiya, damar demensiyası və s.)

Mərkəzi Sinir Sisteminin demiyelinizasiya və ekstrapiramid patologiyası:

* Dağınıq skleroz
* Yan amiotrofik skleroz
* Parkinson xəstəliyi
* Essensial tremor, tranzitor tiklər

Periferik sinir sistemi və əzələ-sinir xəstəlikləri:

* Üçlü sinirin nevralgiyası, atipik üz ağrıları; orta, dirsək, mil sinir və digər neyropatiyalar
* Vestibulopatiya, diabetik polineyropatiya
* Bel-oma radikuliti, miasteniya

Vertebro-nevroloji patologiya və vegetativ sinir sisteminin xəstəlikləri:

* Fəqərə sütunu osteoxondrozu, diskogen miyelopatiya
* Lümbo-işalgiya, radikulopatiya, servikalgiya
* Servikokranialgiya, servikobraxialgiya, torakalgiya
* Vegetativ-damar distoniyası.
* Reyno sindromu.
* Essensial hiperhidroz, xroniki idiopatik anhidroz və s.

Baş ağrısı:

* Gərginlik və klaster baş ağrıları
* Miqren
* Posttravmatik xroniki baş ağrıları və s.

 

Eyni zamanda "Turan" klinikasinda uşaq yaşlarında rast gəlinən bir sıra nevroloji xəstəliklərin diaqnostika və müalicəsi aparılır:

* Uşaqlar və yeniyetmələrdə epilepsiya
* Epileptiform paroksizmlər
* Baş ağrıları, somnambulizm
* Tiklər, enurez
* Hiperaktivlik, diqqət zəifliyi sindromu.

Fərdi xidmət (psixoanaliz, psixoterapiya)

Aşağıda sadalayacağımız hallar həyatınızda yaşanırsa, Klinikamızın xidmətlərindən faydalana bilərsiniz:


* Özümü daha yaxşı tanımaq və həyatdan nə istədiyimi bilmək istəyirəm
* İnsanlar məni başa düşmür, istəsəm də “yox” deyə bilmirəm
* Uşağımı tərbiyələndirməkdə çətinliklərlə üzləşirəm.Yeniyetməlik yaşındakı övladımla anlaşa bilmirəm
* Vacib bir seçim qarşısındayam, necə addım atmaq lazım olduğunu bilmirəm
* Çox utancağam, xarici görünüşümü bəyənmirəm, komplekslərimlə mübarizə aparıram, insanlarla ünsiyyət qurmaqda çətinlik çəkirəm
* Özümə əminliyim yoxdur, dostlarım (rəfiqələrim) çox azdır
* Yorğunam, xoşbəxt deyiləm, sanki boşluğun içindəyəm, yuxusuzluqdan əziyyət çəkirəm

Ailə psixoterapiyası

* nigah qabağı və ər-arvad evlilik psixoterapiyası intim problemlər

* Ailə daxili yaşanan ünsiyyət-davranış problemləri
* Boşanma mərhələsindəki ailələr
* Valideyin-övlad münasibətlərində yaşanan çətinliklər
* Yeniyetmə dövrünün psixoloji və psixo-seksual problemləri

Psixoloji qiymətləndirmə


* Qiymətləndirmə (zəka, qabiliyyət, dünya görünüşü, şəxsiyyət strukturu və s.) testləri
* Şəxsiyyətin temperamenti və digər fərdi tipoloji xüsusiyyətlərinin tədqiqi
* Psixosomatik və psixopatoloji sindromların differensial diaqnostikası

 

Sinir sistemi xəstəliklərinin müalicəsində medikamentoz terapiya ilə yanaşı fizioterapiya, manual terapiya, iynəbatırma, müalicəvi massaj, eksersiz hereketler və s. müalicə növlərindən istifadə edilir.

İstifadəçilər