Urologiya və Andrologiya

Urologiya – tibbin sidik-cinsiyyət sisteminin xəstəlikləri ilə məşğul olan bir sahəsidir.

Andrologiya isə urologiyanın bir qolu olub kişilərdə cinsi sferanın pozğunluqları ilə məşğul olur (prostatit, prostat vəzinin adenoması, erektil disfunksiya, kişi sonsuzluğu və s.).

"Turan  Klinikasının" urologiya şöbəsində böyrəklər, sidik kisəsi, uretra və prostat vəzinin müxtəlif xəstəliklərinin kompleks müayinəsi, konservativ və operativ müalicəsi həyata keçirilir.

Şöbənin təchiz olunduğu tibbi avadanlıqlar sidik-cinsiyyət sistemini bütün növ xəstəliklərinin kompleks diaqnostikasını aparmağa imkan verir:

Laborator diaqnostika – kliniki müayinələr (sidiyin ümumi analizi, sidiyin bakterioloji müayinəsi, spermoqramma, uretral yaxmanın və prostat vəzi şirəsinin mikroskopiyası və s.), biokimyəvi, hormonal müayinələr, sidik-cinsiyyət sistemi infeksiyalarının PZR, İFA və İFR üsulları ilə diaqnostikası və s.

* Transabdominal və transrektal ultrasəs müayinəsi, iri və xırda damarların doppleroqrafiyası

* Urofloumetriya (sidik ifrazının keyfiyyətinin obyektiv müayinəsi)

* Rentgen diaqnostika – ekskretor uroqrafiya, sistoqrafiya (kontrast maddələrdən istifadə etməklə aparılır)

* Sistoskopiya (sidik kisəsinin endoskopik müayinəsi)

* Prostat vəzinin incə iynə biopsiyası, xayaların biopsiyası və biopsiya materialının histoloji müayinəsi

Xəstələrə ildə 1-2 dəfə bu cür müayinələrdən profilaktik olaraq keçmək məsləhət görülür. 40 yaşından sonra bu xüsusilə vacibdir.

İstifadəçilər