Qastroenterologiya

Qastroenterologiya – tibbin mədə-bağırsaq sisteminin xəstəliklərinin (qida borusu, mədə, on iki barmaq bağırsaq, qaraciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi, nazik və yoğun bağırsaq) diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahəsidir.

Xroniki qastrit, pankreatit, mədə və 12 barmaq bağırsağın xora xəstəliyi, qastroezofagial reflyuks, xroniki kolit, xroniki virus hepatitlərinin geniş yayılması qastroenterologiyanı tibbin ən vacib sahələrindən biri etmişdir.

"Turan  Klinikasında" mədə-bağırsaq sistemi xəstəliklərinin kompleks müayinəsi və müalicəsi aparılır. Bunun üçün klinikada çox geniş laborator-diaqnostik baza mövcuddur:

Mədə-bağırsaq traktının endoskopik müayinəsi :

* (fibroezofaqoqastroduodenoskopiya, mədədaxili pH-metriya, retroqrad pankreatoxolangioqrafiya və s.)

* Rentgenoskopiya və rentgenoqrafiya

* Qarın boşluğu orqanlarının USM-i

* Qarın boşluğu damarlarının doppleroqrafiyası

* Mədə, 12-barmaq, nazik və yoğun bağırsaq bioptatlarının morfoloji müayinəsi

* Müxtəlif infeksiyaların seroloji diaqnostikası (İFA və immunohemilüminessensiya metodu ilə)

* B və C hepatitlərinin PZR diaqnostikası aparılır. Bu virusların nəinki keyfiyyət təyini, eyni zamanda qanda virus yüklənməsi də təyin edilir. C hepatitinin genotipinin təyin olunması da müalicənin düzgün aparılması üçün çox vacibdir.

* İmmunoloji, biokimyəvi, hormonal müayinələr

* Koproloji müayinə (nəcisin əkilməsi, antibiotiklərə həssaslığının təyini, disbakterioz)

Son illərdə bütün dünyada milyonlarla insan xroniki virus hepatitlərindən əziyyət çəkir. Xəstəlik çox vaxt simptomsuz keçir, getdikcə proqressivləşir, qaraciyər sirrozu və hepatosellülyar karsinoma kimi ağırlaşmalarla nəticələnir. Qeyd etmək lazımdır ki, virusların müxtəlifliyinə baxmayaraq xəstəlik müalicəyə tabe olur.

"Turan  Klinikanın" laboratoriyasında aparılan PZR diaqnostika bu hepatitlərin vaxtında aşkar olunması, müalicə edilməsi və aparılan müalicənin effektivliyinə nəzarət etmək imkanı verir.

İstifadəçilər