Turan Dental

"Turan klinikası"  təqdim edir:        Hepatitsiz stomatologiya

 

Stomatoloji kabinetə ilk qəbul zamanı ilk növbədə  hepatit B və C , Sifilis və HİV-ekspress- test müayinəsindən keçəcəksiniz. Eyni zamanda hər bir pasiyent üçün müvafiq anastetiklərə qarşı intradermal allergik sınaqlar aparılır. Bu sizə növbəti proseduralar öncəsi əminlik hissi verəcəkdir.

 

*    Hamilələr üçün stomatologiya

*    Uşaqlar üçün stomatologiya

*    Dişlərin möhkəmləndirilməsi və professional təmizlənməsi

*    Kariyeslərin, pulpit və periodontitin müalicəsi

*    Hamilələrə tövsiyyə olunan anastetiklərdən istifadə etməklə dişlərin çıxarılması və digər cərrahi əməliyyatlar

*    Dişlərin ağardılması

*    Retension dişlərin və ya kök qırıqlarının tam ağrısız şəkildə çəkilməsi

*    İmplantlar

*    Protezler (çıxan və ya çıxmayan, buger)

*    Qapaqlar (seramik, qızıl)

*    Çəkilmiş diş ətlərinin müalicəsi 

 

Bütün bu əməliyyatlar tam steril şəkildə yüksək professional ( Türkiyədə, Ukraynada, Rusiyada) təhsil almış (master keçmiş) həkimlər tərəfindən aparılır.

 

Uşaq stomatologiyası

 

Dişlər daim qida məhsullarının, içkilərin, dərman preparatlarının, kosmetik vasitələrin, tütün və s. maddələrin tərkibindəki müxtəlif rəngləyicilərin təsirinə məruz qalır. Nəticədə , diskolorit yaranır, yəni dişin rəngi dəyişir.

 

Estetik stomatologiyanın ən əsas hissəsini dişlərin kimyəvi ağardırılması texnologiyası tutur. Kimyəvi ağartmanın 2 növü var : klinikada və evdə həyata keçirilən ağartma.

 

"Turan klinikasında" ağartma xüsusi ağartma cihazı vasitəsilə həyata keçirilir. Ağartmanın iş prinsipi gücləndirilmiş işıq şüalarının təsirinə əsaslanır.


Kimyəvi ağartmanın müsbət tərəfləri:

 

* Bütün dişlərin ağardılmasına 1.5-2 saat vaxt sərf olunur.

* Dişin rəngi 8-12 ton açıla bilər.

* Ağardıcı gelin təsirindən dişin mina qatı zədələnmir.

* Ağardıcı gelin turşuluq pH-ı 7.5-dən aşağı olduğu üçün diş demineralizasiyaya uğramır.

 

Gigiyena və Profilaktika

 

Ağız boşluğunun gigiyenası iki yolla həyata keçirilir:

 

* Gündəlik fərdi gigiyena;

* Həkimin vasitəsi ilə həyata keçirilən professional gigiyena.


"Turan klinikasında" bir çox ağız boşluğu xəstəliklərin profilaktikası olan professional gigiyenanın aşağıdakı növləri həyata keçirilir:

 

* Dişlərin professional təmizliyi.

 

"Turan klinikasında" dişlərin professional təmizliyi dörd mərhələdə həyata keçirilir:

 

* Diş daşlarının ultrasəs cihazı vasitəsilə təmizlənməsi

* Diş ərpinin xüsusin Air flow cihazı vasitəsilə təmizlənməsi

* Xüsusi təmizləyici pastalar və fırçalar vasitəsilə dişlərin yekun təmizlənməsi

* Təmizlənmiş dişlərə reminerallaşdırıcı ftor pastaların tətbiqi

 

Fissurların hermetizasiyası

 

Fissurların hermetizasiyası profilaktik məqsədlə aparılan müalicə növüdür. Daha çox gənc yaşlarda digər mikroorqanizmlərin zərərli təsirinə məruz qalırlar. Xüsusi hermetik maye plomblar vasitəsilə dişlərin təbii çökəklikləri örtülür və dişlər uzun illər ərzində kariyes riskindən uzaq olur.

 

Diş minasının remineralizasiyası

 

Dişlərin remineralizasiyası həm klinika şəraitində, həmdə ev şəraitində tərkibində ftor və kalsium elementləri olan pastaların dişin üzərinə tətbiqi ilə həyata keçirilir.

 

Dişlərin implantasiyası

 

Müasir  həyatımızda “implantasiya” termini çox məhşurlaşıb.Yəqin elə bir adam yoxdur ki, dişin kökünü əvəz edən və çənə sümüyünün içərisinə yerləşdirilmiş “ştiftlər” haqqında eşitməsin.

 

Bilməyənlər üçün məlumat :

 

İmplant titandan hazırlanır, çənə sümüyünün içərisinə yerləşdirir, daha sonra üzərinə qapaq hazırlanır.Qapaq tibbi göstərişə və pasiyentin şəxsi istəyinə əsasən metal keramikadan və ya zirkonium əsaslı keramikadan ola bilər. İmplant sümüyün daxilinə yerləşdirildikdən sonra müəyyən osteointeqrasiya ( sümüyün implantla  birləşməsi ) müddəti vardır ki, bu müddət ərzində implant üzərinə qapaq taxılmır. İmplantın sümüklə birləşməsi uğurla həyata keçdikdən sonra üzərinə abatment bağlanır. Son mərhələdə isə ölçü alınır, diş cərgəsinin modeli hazırlanır və abatment üzərinə seçilmiş rəngə və formaya uyğun qapaq hazırlanır. Əməliyyatdan sonrakı dövrdə bir az şişkinlik ola bilər ki, bu da 2-3 gün ərzində tamamilə keçib gedir.

İstifadəçilər