Fizioterapiya

Fizioterapiya-fiziki faktorlar vasitəsilə müalicə deməkdir. Fiziki faktorlar dedikdə elektromaqnit dalğaları, vibrasiya, titrəmələr, işıq, istilik nəzərdə tutulur.

Fizioterapevtik müalicənin aparılma məqsədi:

* Ağrıların aradan qaldırılması

* Iltihabın azaldılması

* Ödemlərin aradan qaldırılması

* Qan dövranının yaxşılaşdırılması

* Hüceyrə ve toxumaların qidalanmasının (trofikasinin) yaxşılaşdırılması

* Regenrasiya müddətinin qısaldılması (toxumaların bərpa olunması müddəti)

* Spazmların aradan qaldırılması

* Vegetativ sinir sisteminin stabilizasiyası

* Neyrohumoral requlyasiyanın bərpa olunması

Bütün prosedurlar individual olaraq həkim-fizioterapevt tərəfindən təyin olunur. Müalicə metodu, müddəti və intensivliyi xəstəlikdən,pasiyentin fərdi xüsusiyyətlərindən asılı olaraq müxtəlif olur.

"Turan Klinikası" fizioterapiya şöbəsində geniş spektrli fizioterapevtik müalicə metodlarından istifadə olunur.

Amnlunues-4 aparatı ilə orta və aşağı tezlikli elektroterapiya vasitəsilə asağıdakı fizioterapevtik müalice formaları aparılır.

Transdermal elektroneyrostimulyasiya-səthi sinir uclarnı stimulyasiya etməklə ağrıkəsici effekt göstərir.

Miostimulyasiya-əzələ liflərinin yığılmasını təmin edir.İflic, parez, əzələ tonusunun aşağı düşməsi, atrofiyası zamanı tətbiq edilir.

Qalvanizasiya - bu üsul vasitəsilə orqanizmə daimi elektrik cərəyanı ilə dərman preparatları yeridilir (elektrofarez). Bu isə həmin dərman maddəsinin uzunmüddətli təsirinə, yüksək farmakoloji aktivliyinə imkan yaradır.Qalvanizasiyanın yan təsirləri praktiki olaraq mövcud deyil.

Qısadalğalı terapiya bilavasitə UVG-66 aparatı ilə həyata keçirilir.

Yüksəktezlikli terapiya qan və limfa dövranını yaxşılaşdırmaqla iltihabəleyhinə təsir göstərir. Eyni zamanda spazmları aradan qaldırmaqla ağrıkəsici effekt verir.

Qısadalğalı terapiyanın əsas üstün cəhəti onun daha dərində yerləşən toxumalara təsir göstərməsindədir.Bu metod nəinki xroniki, eyni zamanda bəzi hallarda kəskin proseslərdə də tətbiq oluna bilər, baxmayaraq ki, fizioterapiyanın bir çox metodları xəstəliyin kəskin fazası üçün əks göstərişdir.

USM (ultrasəs ilə müalicə) 101 F aparatı vasitəsilə həyata keçirilir. Bu metod yerli limfa və qan dövranını yaxşılaşdırmaqla iltihabəleyhi və sorucu təsir göstərir. Ultrasəs vasitəsilə də dərman preparatlarını toxuma daxilinə yeritmək olar (fonoforez).

Eyni zamanda "Turan Klinikası" fizioterapiya şöbəsində darsonvalizasiya, inhalizasiya, hirudoterapiya, masaj müalicə metodlarından da istifadə olunur.

CHATANOOGA GROUP –ən müasir aparatdır, bu aparatla bel-oma fəqərələrinin, boyun fəqərələrinin protuziyaların, qabarmaları və kolyozların müalicəsində istifadə olunur. 

İstifadəçilər