Rentgen

 

"Bu gün diaqnostika və müalicə sahəsində rentgen müayinə metodu olmasa fizioterapiya, urologiya, ginekologiya, otorinolaringologiya, nevrologiya, onkologiya, cərrahiyyə, ortopediya, travmatologiya və oftamologiya kimi tibb sahələrinin inkşafı mümkünsüzdür "

Rentgen müayinə metodu-yüz ildən artıqdırki, tibbdə istifadə olunmasına baxmayaraq hələdə öz aktuallığını və dioqnostik əhəmiyyətini saxlaməşdır.

Müasir kompüter texnologiyalarının tətbiqi sayəsində bu metodun diaqnostik imkanları dahada artmış, müayinə zamanı şüalanmanın dozası qat-qat azalmışdır.

Adi lentlər əvəzinə rəqəmli rentgen aparatında yüksək həssaslığa malik elektron otürücüdən istifadə edilirki, buda rentgen şüalarını toplayaraq tısviri kompüterə ötürür. Bir neçə saniyəyə rentgen şəkli artıq hazır olur. Kompüter vasitəsilə alınmış təsviri dəyişmək, təkrarlamaq və detallara ayırmaq olur.

Üstünlükləri:

Təsvirin yüksək keyfiyyəti müayinənin diaqnostik cəhətdən informativliyini artırır.

Alınmış təsvir üzərində müəyyən əməliyyatların aparılma imkanı rəqəmli rentgen müayinəsinin ən üstün cəhəti hesab olunur. Burata şəklin parlaqlığının, kontrastlığının dəyişdirilməsi, konturlarının dəqiqləşdirilməsi və s. aiddir. Müxtəlif səslərin aradan qaldırılması üçün istifadə olunan xüsusi filtrlər müxtəlif struktur və toxumaların vizualizasiyasını daha da artırır.

Rəqəmli rentgen aparatında şüalanma dozası adi rentgen müayinəyə nisbətən on dəfələrlə azdır.

Elektron sistemlər nəinki rebtgenoqrafik eyni zamanda rentgenoskopik fiksasiyanın aparılmasına imkan verir. əldə olunmuş nəticə kinematoqrafik (dinamik) xarakter daşıyır – ürək döyüntüləri, kontrast maddənin mədə-bağırsaq traktı boyunca hərəkəti və s. film şəklində yazıla bilər, bu isə dəqiq diaqnostika üçün əlavə imkanlar yaradir.

Pasient nəticəni yüksək keyfiyyətli lent və ya CD diskə yazılmış şəkildə ala bilər. Elektron şəkil adi rentgen şəklinə nisbətən daha ehtibarlı olub uzun illər saxlanıla bilər, rentgen şəklində isə müəyyən müddətdən sonra keyfiyyətini itirməyə başlayır. Hər bir həkim öz personal kompüterində təsvirin elektron variantına baxıb ətraflı məlumat ala bilər. Bu xüsusilə də dinamik müayinələr (histerosalpinqoqrafiya, mədə-bağırsaq traktının kontrastlaşdırılması) üçün daha aktualdır. xarici ölkələrdə artıq uzun müddətdirki bu metod respublikamizda ilk olaraq klinikamızda aparılmışdır.

"Turan klinikasında" aşağıdakı müayinələr aparılır :

* Ağ ciyərlərin rentgenoskopiyası

* Ağ ciyərlərin rentgenoskopiyası və rentgenoqrafiyası.

* Qida borusunun konstrastlaşdırılması ilə aparılan döş qəfəsi orqanlarının rentgenoskopiyası.

* Qida borusu, mədə və onikibarmaqbağırsağın rentgenoskopiyası.

* Qida borusu, mədə və onikibarmaqbağırsağın rentgenoskopiyası və rentgenoqrafiası.

* Qirtlaq və udlağın rengenoskopiyası və rentgenoqrafiyası.

* Qarın boşluğunun icmal rentgenoskopiya və rentgenoqrafiyası.

* Nazik bağırsağın rentgenoskopiyası və dinamik müayinəsi.

* Peroral kontrast maddə qəbulu ilə aparılan yoğun bağırsağın rentgen müayinəsi.

* Irreqoskapiya və irreqoqrafiya.

* Fistuloqafiya.

* Ekskretor uroqrafiya.

* Histerosalpinqoqrafiya (kontrast maddə ilə).

* Kəllənin rentgenoqrafiyası.

* Onurğa sütununun boyun şöbəsinin rentgenoqrafiyası.

* Onurğa sütununun döş şöbəsinin rentgenoqrafiyası.

* Onurğa sütununun bel-oma şöbəsinin rentgenoqrafiyası.

* Büzdümün rentgenoqrafiyası.

* Paranazal sinusların rentgenoqrafiyası.

* Çiyin oynağının rentgenoqrafiyası.

* Kürək sümüyünün rentgenoqrafiyası.

* Bazu sümüyünün rentgenoqrafiyası.

* Dirsək oynağının rentgenoqrafiyası.

* Mil-bilək oynağının rentgenoqrafiyası.

* Əl sümüklərinin rentgenoqrafiyası.

* Çanağın rentgenoqrafiyası.

* Bud-çanaq oynağının rentgenoqrafiyası.

* Bud sümüyünün rentgenoqrafiyası.

* Diz oynağının rentgenoqrafiyası.

* Aşıq-baldır oynağının rentgenoqrafiyası.

* Ayaq pəncəsi rentgenoqrafiyası.

* Hər dişin ayrılıqda rentgenoqrafiyası.

* Dişlərin rəqəmsal texnologiya ilə panoram rentgenoqrafiyası. 

 

İstifadəçilər