Laboratoriya

Laboratoriya xidmətinin başlıca məqsədi həkimi vaxtında, dəqiq ve etibarlı informasiya ilə təyin etməkdir.Məhz bunun nəticəsində müalicə həkimi hər hansı bir patoloji prosesin olması və ya olmaması, xəstəliyin inkişaf mərhələlərində həkimə müraciət edərkən, gizli gedişə malik bir xəstəliklər zamani ilkin müayinə metodudur. Bizdə öz işimizdə çalışırıq ki, bu müayinələri maksimal dərəcədə dəqiq yerinə yetirilsin və qısa müddət ərzində həkimə və pasiyentə çatdırılsın.

"Turan klinikasinin" laboratoriya şöbəsində 300-dən artıq geniş spektrli müxtəlif testlər aparılır. 

* Ümumi kliniki laborator müayinələr: həmçinin müxtəlif allerqoloji testlər qan uyğunluğu reaksiyaları buraya daxildir.

* Biokimyəvi analizlər: yarım avtomat analizatorda 50-yə yaxın biokimyəvi test yerinə yetirilir.

* Hormonların diaqnostikası: daxili və xarici sekresiya vəzilərinin hormonlarının və autoimmun prosesslərdə istifadə olunan markerlərin təyini.

* Onkomarkerlər:

İnfeksiyon xəstəliklərin İFA və PZR vasitəsi ilə diaqnostikası infeksiyaların xroniki və kəskin formalarının təyin edilməsi, aşkar olunmuş infeksiyaların avidlik indeksinin təyin olunması, bir neçə cür hermintozların qanda aşkar olunması aparılır.

*  Immunoloji müayinələr: immun sisteminin vəziyyətini göstərən ona yaxın markerin təyin edilməsi.

* Mikrobioloji müayinələr : tam steril şəraitdə aparılmaq şərti ilə 15 növ bakterioloji analiz antibiotiklərə həssaslıqla birgə yerinə yetirilir.Bundan başka laboratoriyamızda müxtəlif yaş qruplarına və patologiyalara uyğun ÇEK-UP müayinələr aparılır. 

Müasir yarım avtomat laborator cihazlar, dünya səviyyəsində tanınmış firmaların reaktiv və test sistemlərinin istifadəsi, yüksək kvalifikasiyalı təcrübəli mütəxəssislər nəticələrin dəqiq və vaxtında alınmasını təmin edir. 

Rahat prosedur kabineti təcrübəli tibb bacıları tam olaraq sizin xidmətinizdədir.Hər bir pasiyent qan götürməni vakuum sisstemi sayəsində istədiyi müayinə üçün tez və ağrısız qan verə bilər.

Bir çox analizlərin cavabını elə həmin gün klinikada almaq olar, həmçinin pasiyentin istəyindən asılı olaraq cavablar faksla və ya elektron ünvanınada göndərilə bilər. 

İstifadəçilər