Kardiologiya

Kardiologiya elmi  ürək qan damar  sisteminin embriogenez (ana  bətnində inkişaf mərhələsindən)  postnatal dövrdəki inkişafından, ürək damar sistemində  yaş dövrlərinə uyğun olaraq  mərhələli şəkildə baş verən funksional dəyişiklərindən və bu dövrlərə uyğun olaraq baş verən xəstəliklərindən ,yaranma səbəblərindən, diaqnostika və müalicəsində bəhs edən bir sahədir. 

Müasir kardiologiya  tibbin ən önəmli  - böyük sahəsindən biri olaraq son dövrlərdə  böyük inkişaf mərhələsi keçmişdir. Dünyanın bir sıra klinikalarında olduğu kimi "Turan klinikasında" da  müasir standartlara cavab verən qeyri invaziv müalicə diaqnostika vasitələrindən tam mənada istifadə edilir.

Funksional –diaqnostik vasitə olaraq  klinikamızda  elektrokardioqramma çəkilişi,rəngli dopler exo kardioqrafiya ,elektrokardioqrammanın və arterial təzyiqin  sutkalıq monitorizasiyası (sutkalıq Holter ) , fiziki yükləmə metodu vasitəsi ilə mərhələli olaraq yük artırma ilə ürək qan damar sistemində  koronar damar çatmamazlığına məxsus işemik dəyişikliklərin , ürək qan damar çatmamazlığının  mövcudluğu və mərhələləri dəyərləndirilir.

Elektrokardioqramma çəkilişində ürək  koronar qan təchizatında  baş verən çatmamazlıq ,ürək ritm pozğunluqları,ürəyin elektrik  keçirici sistemində baş verən dəyişikliklər ,ürək əzələsində və perikardda  baş verən müxtəlif xəstəliklər səbəbindən  baş verən dəyişikliklər aşkarlanır ki ,bu da ilkin diaqnostikada  önəm daşıyır.

Exokardioqrafiya çəkilişində  makroskopik olaraq ürəyin ekranda görüntüsü, qapaq aparatındakı   baş verən dəyişikliklər ,boşluqların (kameraların) ölçüsü, ürəyin yığım(işləmə faizi) gücü,ürək divarlarındakı hərəkət pozğunluqları, boşluqdakı tromb və törəmələr(şişlər),perikardda və perikard  boşluğunda olan dəyişikliklər (maye, şiş, fibrin lifləri və s.), magistral damarlardakı qanın  Dopler effektinə uyğun axın sürəti ,rəngli Dopler vasitəsilə qapaq aparatındakı çatmamazlıqlar və anadangəlmə müxtəlif kombinasiyalı qüsurlar dəyərləndirilir, buna uyğun olaraq konservativ müalicə və ya cərrahi müalicəyə  istiqamət verilir. 

Elektrokardioqrammanın sutkalıq müşahidəsində (sutkalıq Holter) müxtəlif aritmiyalar ,onların  24 saat ərzində baş vermə tezliyinin tərəddüdləri,keçirici sistemin xəstəlikləri (blokadalar ), açıq və gizli şəkildə baş verən işemiyalar (adi EKQ çəkilişində bəzi hallarda müşahidə edilmir) , gündəlik fiziki və emosional dəyişikliklərə uyğun olaraq sadaladığımız halların bu və ya digər istiqamətdə dəyişməsi qeyd edilir.

Arterial təzyiqin sutkalıq monitorizasiyasında  sutkalıq bioritmə uyğun arterial təzyiqin normal tərəddüdləri , arterial hipertoniyanın mərhələləri və buna uyğun müalicə taktikası seçilir.

Tredmil stress test (Fiziki yükləmə) metodu vasitəsilə xəstədə fiziki işə tolerantlılıq(vahid zaman ərzində ürək əzələsinin fiziki tələbatına uyğun koronar qan təchizatına olan tələbatı) ,gərginlik stenokardiyasının mərhələləri , ürək qan damar çatmamazlığının mərhələləri dəyərləndirilir.

İstifadəçilər