Turan Pediatrik

PEDİATRİYA

Ailədə uşağın doğulması körpənin valideynləri və qohumları üçün ən böyük xoşbəxtlik hesab edilir. Lakin uşağın doğulması ilə valideynlərin qayğıları daha da artır. Uşağa necə qulluq etməli, necə yedirməli, düzgün və sağlam inkşafını necə təmin etməli, xəstəliklərdən necə qorumalı, xəstələndiyi zaman hara müraciət etməli və s.kimi suallar hər bir valideyni narahat edir. Bu sualların ən doğru cavabı isə uşaq həkimləri və ya pediatrlar tərəfindən verilir.

Pediatriya - tibbin uşaq xəstəliklərinin müalicə və profilaktikası ilə məşğul olan bir sahədir. Pediatr uşaq anadan olandan yeniyetməlik dövrünə qədər uşağın inkişafını nəzarətdə saxlayır. Valideynlərə uşağa necə qulluq etmək, xəstəliklərdən necə qorumaq haqqında lazımi məlumatlar verir. 

"Turan klinikasının" pediatriya şöbəsi körpələrinizin inkişafına nəzarət, həkimlərin müasir konsultativ və müalicəvi yardımı, geniş spektirli laborator və instrumental diaqnostika kimi xidmətləri özündə birləşdirir. Eyni zamanda klinikanın pediatrları mübadilə kartını açmaqla sağlam uşaqların da müşahidəsini həyata keçirirlər. 

Körpə uşaqların müalicəsi çox mürəkkəb və məsuliyyətli bir prosesdir. Belə ki, uşaqlar, xüsusilədə az yaşlı körpələr onları narahat edən ağrını düzgün ifadə edə bilmirlər. Həkim pediatrlarımızın müalicə etdiyi xəstəliklərə əsasən kəskin respirator xəstəliklər (angina, bronxit) yuxarı və aşağı tənəffüs yolunun xroniki xəstəlikləri, həzm sisteminin funksiyasının pozulması (disbakterioz, qastrit, kolit və s.), raxit və s. xəstəliklər aiddir. Bundan əlavə klinikamızın nevroloji xidmətinə uşaq nevroloquda daxildir. Belə ki, ehtiyac olduğu hallarda pasiyent bu profilin həkiminə göndərilir. 

Uşaqlar və valdeyinləri üçün komfort şəraitə malik stasionar fəaliyyət göstərir. Stasionar xidməti yalnız müayinə və terapeftik müalicəyə ehtiyacı olan uşaqlar üçün deyil, eyni zamanda cərrahi müdaxiləyə uğramış uşaqlar üçün də hər bir şəraitə malikdir. (usaq cərrahiyəsi anesteziologiya və reanimasiya şöbəsi).

Klinikamızın pediatriya şöbəsinin həkimlərinin müasir və keyfiyyətli tibbi xidməti övladınızın sağlamlığının zəmanətidir!

Uşaqlarda fiziki inkişafdan qalma və artıq çəki problemləri :

*  Raxit 

*  Spazmofiliya 

*  Distrofiyalar 

*  Hipovitaminozlar 

*  Hipervitaminozlar 

*  Diatezlər 

Həzm sistemi xəstəlikləri: 

*  Qastrit 

*  Mədə və onikibarmaq bağırsaq xorası 

*  Öd yolları diskineziyaları 

*  Xolesistit 

*  Pankreatit 

*  Kolit 

*  Enterit 

*  Helmintozlar 

*  Disbakterioz 

Tənəffüs sistemi xəstəlikləri:

*  Kəskin respirator xəstəliklər

*  Bronxit

*  Pnevmoniya

*  Plevrit

*  Bronxial astma, pollinoz və digər allergik problemlər

*  Birləşdirici toxuma xəstəlikləri:

*  Revmatizm

*  Revmatoid poliartrit

*  Sistemli qirmızı qurd eşənəyi

*  Pieolnefri

*  Nefrotik sindrom

Nevroloji problemlər:

*  Uşaqlar və yeni yetmələrdə epilesiya

*  Epileptiform paroksizmlər

*  Baş ağrıları, somnambulizm

*  Tiklər, enurez

*  Sinir sisteminin bətndaxili inkşaf qüsurları, uşaq serebral iflici

*  Hiperaktivlik, diqqıt zəifliyi sindromu

Klinikamızda uşaq xəstəliklərinin dəqiq diaqnostikası üçün yüksək keyfiyyətli, müasir tələblərə uyğun güclü diaqnostik laborator baza vardır:

*  USM

*  EKQ

*  EEQ

*  Exo-kardioqrafiya

*  Neyrosonoqrafiya

*  Rentgen müayinəsi

*  Endoskopik müayinələr

*  Qanın immunoloji, biokimyəvi, hormonal analizi

*  Koproloji müayinə (nəcisin əkilməsi, antibiotiklərə həssaslığının təyini, disbakterioz)

*  Müxtəlif infeksiyaların diaqnostikası (İFA və immunohemilüminessensiya metodu ilə).

İstifadəçilər