Terapiya

Həkim terapevtin ümdə vəzifəsi daxili xəstəliklərin öyrənilməsidir. Bu sənət sahəsi qədim dövrlərdən meydana gəlmiş və ara həkimləri tərəfindən yerinə yetirilmişdir.

Terapevtik xəstəliklərə daxili orqanların müxtəlif patologiyaları aiddir.

Bu sənət sahəsi praktik olaraq orqanizmin bütün xəstəliklərini, o cümlədən, tənəffüs ürək qan-damar sistemi xəstəliklərini əhatə edir. Tibbin digər sahələri isə zaman-zaman terapiyadan bəhrələnərək ayrılmışdır. Yüksək ixtisaslı həkim-terapevt təbabətin müxtəlif sahələri barədə geniş biliyə malik olmalıdır ki, ona müraciət edən xəstələrin problemlərini düzgün başa düşərək  kompleks tədbirləri həyata keçirsin. Lazım gələrsə onları ixtisas mütəxəssisinin  məsləhətinə göndərsin.

Xəstələrin ilkin olaraq həkim-terapevtə müraciət etməsi və onun tərəfindən lazımi müayinələrdən keçirməsi xəstəliklərin səbəbinin vaxtında aşkarlanmasına və diaqnozun düzgün qoyulmasına gətirib çıxardır.

Terapevt müasir təbabətin aparıcı fiquralarındandır, əksər hallarda xəstələr ilkin olaraq terapevtə müraciət edir. Ona görədə bu sahə həkimləri mütəmadi olaraq müxtəlif yaş qruplu, müxtəlif patologiyalı, müxtəlif şikayətli xəstələrlə rastlaşır.

Terapevt həmişə “Zərər yetirmə, müalicə et!” , “Xəstəliyi yox, xəstəni müaıicə et! prinsiplərinə sadiq olmalıdır. 

Səhiyyənin əsasını təşkil eden tibbi profilaktika  ilə məşğul olmaq da həkim-terapevtin əsas vəzifələrindəndir.

Çox zaman həkim-terapevt xəstənin pəhrizini, gün və iş rejimini təyin edərkən xəstəliyi barədə xəstəyə və yaxınlarına izahat verərkən müəllimə çevrilmiş olur.

Biz  “Turan”  klinikası olaraq aşağıdakı terapevtik xidmətləri göstərir:

* Pulmonologiya (bronxitlər, pnevmoniyalar, ağciyərlərin xroniki obstruktiv xəstəlikləri, bronxial astma və s.) 

* Kardiologiya (ürəyin işemik xəstəlikləri, stenokardialar, hipertoniyalar, ürək çatışmamazlıqları və s.)

* Qastroenterologiya (ezofagitlər, qastritlər, mədə və onikibarmaq bağırsağın xora xəstəlikləri, pankreatitlər, öd kisəsi və qaraciyər xəstəlikləri və s.)

* Böyrək və sidik yolları xəstəlikləri (sistitlər, pielitlər, nefritlər, sidik turşusu diatezləri və s.)    

* Revmatologiya (revmatizm, revmatoid artridlər, artrozlar və s.)

Bu xəstəliklərin   diaqnozun dəqiqləşdirilməsi üçün klinikamızda müasir tele-rentgen, fibrozopaqoqastroskop, kolonoskop, USM aparatları, doppleroqrafiya, EKQ, ExoKQ, tredmil aparatları ilə müayinə aparılır.

Klinikamızda klinik biokimyəvi, immunoloji, hormonal, PZR, İFA müayinələri terapevtlərin daimi köməkçiləridir.

Klinikamızda fizioterapeftik   hidrokolonla plazmaforez, ozonoterapiya ilə müalicələrdə həmçinin müalicənin effektliyini şərtləndirir.               

İstifadəçilər