Ultrasəs müayinəsi (USM)

Ultrasəs müayinəsi əsas tibbi görüntüləmə medotlarından biri hesab olunur. Bu metod exolokasiya prinsiplərinə əsaslanmışdır. Ekranda olan təsvir bədən strukturlarından əks olunan müxtəlif ultrasəs keçiriciliyinə malik dalğaların analizi nəticəsində formalaşır. Daha informativ və praktiki cəhətdən zərərsiz olan bu metod qarın boşluğu orqanlarının,böyrəklərin, kiçik çanaq orqanlarının ,qalxanabənzər vəzinin, ürəyin, damarların və s. orqanların  müayinəsində geniş istifadə edilir. Hamiləliyin gedişini izləmək üçün bu metod əvəzedilməzdir. USM dölün inkişafı, fotoplasentar qan dövranı barəsində dəqiq informasiya verir.

"Turan klinikasında" ultrasəslə müayinə kabineti premium klass Philips İU22 x MATRİX rəqəmli ultrasəs sistemi ilə təchiz olunmuşdur. Bu sistem unikal fuksional imkanlara malikdir.


"Turan klinikasının" ultrasəslə müayinə kabinetində Philips İU22 x MATRİX aparatı vasitəsi ilə  qarın boşluğu orqanlarının (qaraciyər, öd kisəsi, mədəaltı vəzi, dalaq), kiçik çanaq orqanlarının (uşaqlıq, yumurtalıqlar, sidik kisəsi, prostat vəzi və s.) 2D və 3D rejimində müayinəsi aparılır.


Eyni zamanda yüksək həssaslığı sayəsində matriks ötürücüsü vasitəsi ilə real zaman daxilində hamiləlik vaxtı ana bətnində dölün ürəyinin 3D rejimində müayinəsi aparılır.


3 ölçülü USM-in köməyilə həkim real zaman daxilində dölün təsviri və hərəkəti barəsində dəqiq informasiya ala bilir. Bu isə bətndaxili inkişaf dövründə mövcud ola biləcək anomaliyaları vaxtında aşkara çıxarmağa imkan verir. Gələcək ana keyfiyyətinə görə heç də fotoşəkildən geri qalmayan təsvir videoyazı  vasitəsilə körpəsini görmək imkanı qazanır.


Doppleroqrafiya


Bu metodun iş prinsipi doppler effektinə əsaslanır. Əks olunan siqnalların tezliyi qan dövranının surətinə proporsional olaraq dəyişilir. Doppleroqrafiya qan-damar sisteminin müxtəlif hissələrində qan dövranının vəziyyəti barəsində dəqiq informasiya verir, arterial və venoz sistemdə əmələ gəlmiş pozğunluqları aşkar edir.Damarlarda əmələ gəlmiş stenozun dəqiq lokalizasiyasını göstərir. Hamiləlik vaxtı doppleroqrafiya vasitəsi ilə dölün qan dövranı, habelə cift və göbək ciyəsi barəsində dəqiq informasiya almaq olar. Döldə olan ürək qüsurlarını vaxtında aşkar etmək üçün doppleroqrafiya əvəzsiz bir metoddur. 

  

Klinikamızda doppleroqrafiya bir neçə rejimdə həyata keçirilir:


*  Rəngli rejim, yüksək surətli rəngli və energetik (o cümlədən iki istiqamətli) doppleroqrafiya.

*  Toxuma doppleroqrafiyası rejimi.

*  Fasiləsiz dalğalı doppleroqrafiya rejimi.

*  Dupleks və tripleks variantlı impuls dalğalı doppleroqrafiya rejimi.


"Turan klinikasında"  aşağıdakı orqan və sistemlərin USM-i aparılır:

*  Qarın boşluğu orqanları

*  Sidik-ifrazat sistemi orqanları

·    

Qadın cinsiyyət sistemi: uşaqlıq və yumurtalıqlar (transabdominal və transvaginal), follikulmetriya (transabdominal və transvaginal), süd vəziləri.

Kişi cinsiyyət sistemi: prostat vəzi (transabdominal və transrektal), xayaların USM-i və toxum kisəcikləri

Endokrin sistem: qalxanabənzər vəzi, böyrəküstü vəzilər, pankreas yumurtalıqlar , xayalar

Ağız suyu vəziləri, limfa düyünləri, yumşaq toxumalar

Dölün USM-i

Dölün 3D/4D USM-i

Doppleroqrafiya

Yuxu arteriyalarının, qarın aortası vertebral arteriyaların, qarın aortası və onun şaxələri, yuxarı və aşağı ətraf arteriyaları və venaların doppleroqrafiyası

İstifadəçilər