Endoskopiya

Endoskopiya - xüsusi optik alətlər –endoskoplar vasitəsilə vizual olaraq müayinə etməyə imkan verən metoddur .

"Turan klinikasının" endoskopiya şöbəsində Olympys firmasının video endoskopik avadanlıqları ilə təchiz olunmuşdur. Müasir avadanlıqlar mədə-bağırsaq və tənəffüs sistemi xəstəliklərinin qısa zaman ərzində və ağrısız müayinə olunmasına imkan yaradır. Klinikamızda istifadə olunan CV-240 Olympys videokolonoskopu və videoqastroskopu sayəsində yüksək keyfiyyətli təsvirlərin alınmasına şərait yaradır.

Müasir endoskopik müayinənin üstün cəhətləri:

Yüksək keyfiyyətli dəqiq təsvir. Bu daxili orqanların selikli qişasında ən xırda dəyişikliyi belə aşkar etməyə və xəstəliyə ( eroziyalar, xoralar, qastropatiya, enteropatiya, yemək borusu, mədədə varikoz genişlənmələr, bədxassəli və xoşxassəli şişlər, kobud çapıqlar, divertikullar, kron xəstəliyi) erkən mərhələdə diaqnoz qoymağa imkan verir. Müayinələrin nəticələri disk-ə yazılmış şəkildə xəstələrə təqdim olunur. Müayinənin aparılmasında yüngül narkozdan istifadə xəstələrin komfortlu müayinəsini təmin edir.

Diaqnostik müayinələr:

*  Fibroezofaqoskopiya

*  Fibroezofaqoskopiya + biopsiya

*  Fibroezofaqoqastroduodenoskopiya

*  Fibroezofaqoqastroduodenoskopiya + biopsiya

*  Fibrorektosiqmoskopiya

*  Fibrorektosiqmoskopiya + biopsiya

*  Sol tərəfli fibrokolonoskopiya

*  Sol tərəfli fibrokolonoskopiya + biopsiya

*  Total fibrokolonoskopiya

*  Total fibrokolonoskopiya + biopsiya

*  Yuxarı tənəffüs yollarının endoskopiyası (burun-udlaq, qırtlaq-udlaq, ağız – udlaq, qırtlaq)

*  Yuxarı tənəffüs yollarının endoskopiyası (burun-udlaq, qırtlaq-udlaq, ağız – udlaq, qırtlaq) + biopsiya

*  Fibrobronxoskopiya

*  Fibrobronxoskopiya + biopsiya

*  PH-metriya

Mədə-bağırsaq traktının selikli qişasının böyüdülmüş təsviri endoskopun incə optik lifləri vasitəsilə monitora ötürülür.

Müalicəvi manipulyasiya və əməliyyatlar:

*   Qida borusundan yad cismin çıxarılması

*   Mədədən yad cismin çıxarılması

*   Traxeya və bronxlardan yad cismin xaric edilməsi

*   Nazointestinal və nazobiliar zondun qoyulması

*   Mədə bezoarının mexaniki litotripsiyası

*   Sanatsion bronxoskopiya

*   Kombinə olunmuş diaqnostik metodlar (endoskopik müayinə + rentgen müayinə)

İstifadəçilər