Endokrinologiya

Endokrinologiya – tibbin daxili sekresiya vəzilərinin fəaliyyəti ilə məşğul olan bir sahəsidir. 

Daxili sekresiya vəziləri müxtəlif hormonlar sintez edərək qana ifraz edir, bu hormonlar orqanizmin ayrı-ayrı orqan və sitemlərinə, mübadilə proseslərinə təsir göstərir. Orqanizmi həyati vacib prosesləri hesab olunan böyümə, inkişaf, döllənmə, maddələr mübadiləsi və s. kimi proseslərin tənzimlənməsində endokrin sistemin rolu əvəzedilməzdir.
Endokrin xəsətliklər bir çox səbəblərdən yarana bilər. Buraya genetik anomaliyalar, orqanizmdə gedə iltihabi proseslər, şiş xəstəlikləri, immun sistemin pozğunluqları, travmalar, qan dövranının pozulması, sinir siteminin müxtəlif şöbələrinin zədələnməsi, toxumaların hormonlara qarşı həssaslığının azalması və s. aid edilə bilər.
Endokrin sistem xəstəliklərinə şəkərli diabet,piylənmə, hipotireoz, hipertireoz, düyünlü zob, hiperparatireoz, akromeqaliya, prolaktinoma, böyrəküstü vəzi çatmamazlığı və s. aiddir.
Endokrin xəstəliklərin ən əsas dianostikasını laborator olaraq qanda hormonların təyini təşkil edir. "Turan Klinikasının" laboratoriya bölməsində dünyanın aparıcı firmalarının istehsalı olan avadanlıqlarda geniş spektrli biokimyəvi və laborator müayinələr aparılır. TSH, sərbəst və birləşmiş T3, T4, tireoqlobulin, tireoid mikrosomlarına, tireoqlobulinə, tireoid peroksidazaya qarşı antitellər və s.-in yoxlanılması qalxanabənzər vəzi xəstəliklərinin diaqnostikasında vacib rol oynayır. Mədəaltı vəzinin xəstəliklərində C-peptid, qlikohemoqlobin, insulin, proinsulin və s.-in təyini çox informativdir. Reproduktiv sistem xəstəliklərində FSH, LH, prolaktin, E3, E2, progesteron, total və sərbəst testosteron, xorionik qonadotropin, 17-ketosteroidlər, 17-OH-progesteron, dehidroepiandrosteron-sulfat və s. hormonlar yoxlanılır.
  
Böyrəküstü vəzi xəstəliklərində isə kortizol, ACTH  və s. hormonların təyini vacib hesab edilir.
 
Eyni zamanda endokrinoloqun daha optimal müalicə metodunu təyin etməsi üçün EKQ, EXOkq, daxili sekresiya vəzilərinin və daxili orqanların USM-i, damarların doppleroqrafiyası, rentgen və s. müayinə üsullarından, digər ixtisas həkimlərinin konsultasiyalarından istifadə olunur.

İstifadəçilər