Neyrocərrahiyyə

"Turan  Klinikasında" mərkəzi və periferik sinir sistemi xəstəliklərinin kompleks müayinəsi və müalicəsi aparılır. Neyrocərrahiyyə və neyrotravmatologiyanın son illər əldə etdiyi nailiyyətlər əvvəllər müalicə olunmayan bir sıra mürəkkəb xəstəliklərin də müalicəsini mümkün edib.

 "Turan Klinikanın" neyrocərrahi xidmətinin prioritet istiqamətləri aşağıdakılardır:

  • *  Fəqərəarası disk yırtıqlarının və onurğa sütununun həcmli proseslərinin operativ yolla aradan qaldırılması

  • *  Baş beyinin travmatik hematomalarının, insult zamanı yaranan hematomaların və həcmli proseslərin operativ müalicəsi

  • *  Periferik sinir patalogiyalarının operativ müalicəsi

 "Turan klinikasında" aşağıdakı neyrocərrahi əməliyyatlar aparılır:

  • *   Bel nahiyəsindəki fəqərəarası disk yırtığının mikrocərrahi metodla aradan qaldırılması (interlaminektomiya)

  • *      Boyun nahiyəsinin fəqərəarası disk yırtıqlarının aradan qaldırılması (ön və arxa müdaxilə ilə)

  • *   Baş beyinin həcmli prosesləri zamanı operativ müdaxilə

  • *   Hidrosefaliya, şuntlama əməliyyatları

  • *   Onurğa beyninin həcmli proseslərinin operativ müalicəsi (intradural, ekstradural, intramedullyar)

  • *   Periferik sinirlərin zədələnməsi, nevroliz, sinirlərə tikiş qoyulması

  • *   Kəllə-beyin travmaları – subdural, epidural, beyindaxili hematomaların xaric edilməsi

  • *   Arxa kəllə çuxurundakı həcmli proseslərin xaric edilməsi

  • *   Hemorragik insultlar, hematomaların xaric edilməsi

Əməliyyatönü xəstələrin kompleks müayinəsini aparmaq üçün klinikada ən müasir laborator və instrumental diaqnostika metodlarından istifadə edilir:

  • *  Rentgen müayinəsi

  • *  USM, onurğa və yuxu arteriyalarının doppleroqrafiyası

  • *  Laborator diaqnostika

İstifadəçilər