Ümumi cərrahiyyə

"Turan  Klinikasında" aparılan cərrahi əməliyyatlar geniş profilli olub həm endocərrahi, həm də klassik metodların tətbiqi ilə həyata keçirilir. Ümumi cərrahiyyə əsasən aşağıdakı istiqamətlərdə inkişaf etdirilmişdir:

* Qarın boşluğu əməliyyatları 

* Endokrin vəzi xəstəlikləri (qalxanabənzər və qalxanabənzər ətraf vəziləri, böyrəküstü vəzi)

* Hepatopankeatobiliar xəstəliklər (qaraciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi xəstəliklər

* Qastrointestinal sistem xəstəlikləri (mədə, nazik və yoğun bağırsaq

* Proktoloji xəstəliklər (hemoroy, anal fistula, anal çat və s.

* Yırtıq cərrahiyyəsi

* Dəri  və  yumşaq toxumaların cərrahi xəstəlikləri

* Laparoskopik cərrahiyyə

Qastrointestinal sistem cərrahiyyəsi

Qida borusunun axalaziya, lipoma, leyomiyoma kimi xoşxassəli törəmələri, divertikulu, mədə və on iki barmaq bağırsağın deşilmə, qanaxma, mədə çıxacağının stenozu kimi ağırlaşmaları, nazik və yoğun bağırsaq xəstəlikləri  (xoşxassəli törəmələr-polipoid lezyonlar, bezoarlar, fistulalar, keçməməzlik, Kron xəstəliyi və onunla əlaqəli ağırlaşmalar, qeyri-spesifik xoralı kolit), perianal fistulalar, hemorroidlər, anal çat və s. xəstəliklərin cərrahi müalicəsi həyata keçirilir.

Hepato-pankreatiko-biliar cərrahiyyə

Qaraciyər, öd kisəsi və öd yollarında aparılan açıq və laparoskopik əməliyyatları, öd yollarının və mədəaltı vəzin mexaniki sarılığa səbəb olan xəstəliklərinin (daş, stenoz, xroniki pankreatit, exinokokk kistası) müalicəsini, mədəaltı vəzinin psevdokistaları və xroniki pankreatitin cərrahi müalicəsini əhatə edir.

Yırtıq cərrahiyyəsi

Klinikamızda ən son elmi və texniki yeniliklərdən istifadə edilərək həm açıq, həm də laparoskopik metodlarla aparılır.

Təcili (urgent) cərrahiyyə

Klinikamızın ümumi cərrahi xidmətlərinə aid edilir.Təcili cərrahi yardımın göstərilməsi üçün aktiv funksional fəaliyyətə malik diaqnostik xidmətlər mövcuddur (müxtəlif instrumental müayinələr, laboratoiya və s.). Anesteziologiya və reanimasiya şöbəsi hər zaman istənilən cərrahi əməliyyatın aparılmasına tam hazır vəziyyətdədir.

İstifadəçilər