Damar cərrahiyyəsi

Damar cərrahiyyəsi – tibbin arteriya və venaların cərrahi xəstəlikləri ilə məşğul olan sahəsidir. "Turan Klinikasında" arteriya və venalar üzərində geniş spektrli cərrahi əməliyyatlar həyata keçirilir. Aortafemoral, iliofemoral və s. şuntların qoyulması, psevdoanevrizmaların aradan qaldırılması, arteriovenoz fistulaların qoyulması, flebektomiya, seqmentar varikektomiya və s. əməliyyatlar bu qəbildəndir.

Arteriyaların şuntlanması toxumaların qanla təchizatının pozulması ilə müşayiət olunan damar xəstəliklərində aparılır (ateroskleroz). Şuntlama əməliyyatı damarların zədələnmiş nahiyədən aşağı digər bir damarla əlaqənin yaradılmasıdır. Nəticədə zədələnmiş damarda qan dövranı bərpa edilir. Flebektomiya, seqmentar varikektomiya və s. kimi əməliyyatlar venaların varikoz genişlənməsi zamanı aparılır.

Əməliyyata hazırlanan xəstələr bir  sıra müayinələrdən keçirlər:

Doppleroqrafik ultrasəs müayinəsi – bu metod qan damarlarının mənfəzi, qanın axın sürəti və damar divarında olan dəyişikliklər barəsində dəqiq və ətraflı məlumat verir.

"Turan Klinikasının" diaqnostik bazası xəstələri qısa müddət ərzində dəqiq və ətraflı müayinə etməyə, vaxtında müalicəyə başlamağa imkan verir.

İstifadəçilər