Ginekologiya

 Klinikada müxtəlif ginekoloji və uroginekoloji xəstəliklərin kompleks müayinəsi və  müalicəsi aparılır.Burada qadın cinsiyyət sisteminin fiziologiyası, xəstəliklərini və bu xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsini öyrənilir.Həkim-ginekoloq qadın həyatının müxtəlif dövrlərində (uşaqlıq, yeniyetmə və yetkin dövrlərdə) qadın sağlamlığının qorunması məsələləri ilə məşğul olur.

 Ginekoloq qadın cinsiyyət orqanlarının kəskin və xroniki infeksion-iltihabi xəstəlikləri (kalpit, endometrit və.s.) uşaqlıq boynu eroziyası, xoşxassəli şiş törəmələri kimi xəstəliklərin müalicə və profilaktikası ilə məşğul olur. Sonsuzluq və ailə planlaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım edir.

Ginekologiyada funksional (USM, endoskopik və rentgen müayinələr) və laborator (bakterioloji, immunoloji və hormonal müayinələr) diaqnostika üsulları geniş tətbiq olunur.Müalicə üsulunun seçimi və müalicənin ambulator, yaxud stasionar şəraitdə aparılması barədə qərar verilməsi hər bir klinik halın özünəməxsus xüsusiyyətlərindən asılı olur.

 Nigahda olan qadın və kişi tam müayinə olunur

- müalicələr qadın və kişidə paralel və əlaqəli aparılır

- pasientlərə individual yanaşma prinsipinə hər zaman riayət olunur

- ehtiyac olduqda başqa sahələrin mütəxəssisləri ilə konsultasiyalar olunur

- ailə cütünün psixolojı durumu korreksiya olunur

- kompleks müalicələr tətbiq olunur (dərman preparatları, bitkilər, fizioterapevtik proseduralar, müalicəvi idman, yerli proseduralar, ozonoterapiya, plazmaferez, qanın ultra-bənövşəyi şüalarla şüalandırılması və s. 

Menstrual tsiklının pozğunluğu.

Uşaqlıq yolu infeksiyalarının müalicəsi.

Qadın cinsi orqanının iltihablı xəstəlikləri  və s.

 

 

 



 

 

 

İstifadəçilər