SIĞORTALAR

 TURAN” klinikası bir çox sığorta şirkətləri ilə əməkdaşlıq edir. Bunun üçün klinikamızda  2012-ci ildən  tibbi sığorta şöbəsi fəaliyyət göstərir. Tibbi sığorta üzrə koordinatorumuz sığorta şirkətləri tərəfindən göndərilən pasientləri həkim qəbuluna yazır, onlara ambulator kart tərtib edir və onları həkimin təyin etdiyi müayinə planına uyğun olaraq müayinə kabinetlərinə yönəldir.

 Bir  gün öncədən yazılmış pasientlər üçün vaxtlarından səmərəli istifadə edilməsi məqsədilə həkimin qəbulu üçün, bəzi müayinələrdən ,məsələn, rentgen ,USM və s. müayinələrdən keçmələri üçün əvvəlcədən növbədə yer təyin edir.  Sığorta  şöbəsində sığortalanmış şəxslərin ambulator kartları arxivləşdirilir və gələcək müraciətlər zamanı yenidən pasientlərə təqdim olunur.  

Turan" klinikası olaraq birlikdə çalışdığımız sığorta şirkətlərini təqdim edirik: 

“Alfa” sığorta şirkəti
• “Az” sığorta şirkəti
• “Mega” sığorta şirkəti
• “Buta” sığorta şirkəti
• “Azərbaycan Sənaye Sığorta”  şirkəti
• “Qala Həyat Sığorta”  şirkəti
• “Atəşgah” sığorta şirkəti
 • “Xalq sığorta” şirkəti
• “Standard insurance” sığorta şirkəti

Bundan əlavə sığorta xətti ilə müxtəlif idarə, təşkilat, zavod və fabriklərin işçilərinin dövri tibbi müayinələrdən yüksək səviyyədə keçmələri təşkil olunur, sığorta şirkətlərinə müxtəlif endirimli check-up paketləri təqdim olunur.

“TURAN” Klinikası hər bir sığortalanmış şəxsin tibbi sığortası olmayan ailə üzvünə də müayinə və müalicə qiymətlərindən 20% ,cərrahi əməliyyatlara 10-20% güzəştlər təklif edir. Bunun üçün həmin şəxs (müayinə olunan ) öz şəxsiyyət vəsiqəsini və sığortalanmış ailə üzvünün sığorta plastik kartını klinikamıza müraciət zamanı təqdim etməlidir.

Gülərüz, qayğıkeş personalımız tərəfindən Sizlərə yüksək səviyyəli, ixtisaslaşmış, müasir tələblərə cavab verən tibbi xidmət göstəriləcəkdir!

                                                                   Əlaqə nömrəsi:  948 (109): (012) 570 23 02;   

                                                                                                 (055) 949 97 96

 

 

İstifadəçilər