Allerqologiya

Həkimlər: Zərifə Destani 

Allergologiya tibbin allergiya və allergik xəstəliklər, onların yaranma və inkişaf mexanizmi, müalicə və profilaktika üsullarını öyrənən sahədir.

Allergiya-ətraf mühitin allergen adlandırılan bəzi faktorlarının (kimyəvi maddəlarin, mikroorqanizmlərin və onların həyat fəaliyyəti məhsullarının, qida maddələrinin, dəri məmulatları, heyvan yunu, kəpək, quş lələyi, çiçək tozcuqları, kosmetika, məişət kimyası, dərmanlar, bəzi bitki yağları, günəş şüası və s.) təsirinə orqanizmin qeyri-adi həssas (qabarıq) cavab reaksiyasıdır. 

Allergik xəstəliklərin çox geniş yayılmış formalarından biridə bronxial astmadır. Bu tənəffüz yollarının xroniki allergik iltihabı xəstəliyi olur, tutmalar şəklində bronx keçiriciliyinin pozulması, təngnəfəslik, boğulma, öskürək və xırıltılarla müşahidə olunur. 

"Turan Klinikasında" bronxial astma, allergik rinit, pollinoz, atopik dermatit və s.kimi allergik xəstəliklərin kompleks müayinəsi, diaqnostikası və müalicəsi aparılır. Klinika mütəxəssislərinin xidmətində dəqiq diaqnoz qoymaq üçün müasir tipli laborator-diaqnostik baza fəaliyyət göstərir. Bu müayinələrə aşağıdakılar daxildir: 

Qida və tənəffüz allergenlərin təyini

Qanın biokimyəvi və immunoloji testləri

Qanda parazitlərin təyini

Döş qəfəsinin rentgenoqrafiyası

Ağciyərlərin və sinusların kompüter tomoqrafiyası

Burun boşluğu, burun , udlaq və qırtlağın endoskopik müayinəsi

Orqanizmə daxil olma yollarından asılı olaraq tənəffüs, qida, dəri allergenləri ayırd edilir. Bunların arasında tənəffüs və qida allergenləri ən çox yayılmış hesab olunur. Bu allergenləri təyin etmək üçün Turan Klinikasının laboratoriyasında xüsusi test aparılır. Tənəffüs allergenlərindən pişikquyruğu, yovşan, ətirşah, ağcaqayın, çovdar, kif göbələkləri dermatorhagoides pteronyssinus, dermatophagoides farinae, pişik tükü, it tükü, qida allergenlərindən isə buğda,soya paxlası, qarğıdalı, findiq, fisdiq, süd, yumurta, balıq əti, pomidor, portağal təyin edilir. Allergiyadan əziyyət çəkən insanlarda bu allergenlerlə təmas nəticəsində qanda xüsusi İgE antitelləri əmələ gəlir. Göstərilən metod həmin antitellərin təyininə əsaslanır.

Klinikamızda allergik xəstəliklərdən (bronxial astma, allergik rinit, məxmərək, atopik, dermotit və s.) əziyyət çəkən pasiyentlərin müayinə və müalicəsini həkim –allerqoloqlarımız həyata keçirir. 

allergik rinit

pollonoz

bronxial astma

qida allergiyası

dərman allergiyası

məxmərək

allergik dermatit (atopik dermatit)

"Turan klinikasında" allergik xəstəliklərə dəqiq diaqnoz qoymaq üçün müasir tipli laborator-diaqnostik baza fəaliyyət göstərir:

Allergenlərin təyini (qida, tənəffüz və dəri allergenləri)

Qanın immunoloji, ümumi və biokimyəvi analizləri

Döş qəfəsi orqanlarının rentgenoqrafiyası

Ağciyərlərin və sinusların kompüter tomoqrafiyası

Burun boşluğu, burun-udlaq və qirtlağin endoskopik müayinəsi

Qida həssaslığının müayinəsi

Qanda parazitlərin təyini

Bioloji aktiv nöqtələrə iynə batırma

Qomiosiniatriya

Hirudoterapiya (zəli qoyma)

Qan buraxma

Plazmafarez

Ozonoterapiya

Hidrokolonoterapiya

İstifadəçilər