Plastik cərrahiyyə

Bədənimizin xarici görkəmi müxtəlif səbəblərdən dəyişə bilər və ya pozula bilər. Bu səbəb bir şiş, anadangəlmə qüsur, yaralanma və ya yaşlılıq ola bilər. Bu problemin görüldüyü yer bədənimizn hər hansı bir sahəsi, məsələn əllərimiz, üzümüz, qollarımız, ya da saçlarımız ola bilər.Plastik cərrahiyyə bu dəyişiklikləri və ya pozğunluqları bərpa etməkdə, ya da daha yaxşı vəziyyətə gətirməkdədir. Məsələn burun deformasiyası və nəfəs alma problemi olan xəstə əməliyyat edilərək burunun normal anatamiyası bərpa edilir, nəfəs yolları açılır. Bu zaman burunun xarici görkəmi də düzəlir.

Bədənimizin xarici təbəqələrində görülən dəyişikliklər eyni zamanda müvafiq nahiyədə funksiya pozğunluqları ilə bir yerdədir.  Ümumiyyətlə fəlsəfənin qanunlarına görə görüntü ilə funksiya bir birindən ayrılmazdır. Pozulmuş funksiyaları bərpa edən müdaxilələr bərpa(rekonstruktiv) əməliyyatlarıdır. Plastik cərrahiyyənin əsasını təşkil edən müdaxilələrdir. Məsələn, üz nahiyəsində əmələ gəlmiş bədxassəli şişi götürdükdən sonra əməl gələn böyük dəri defektinin bədənin başqa nahiyəsindən qaldırılan flep vasitəsilə bərpası. Bu müdaxilə xəstənin bədxasəli şişinin götürülməsi (onkocərrahiyyə),  pozulmuş dəri örtüyünün bərpası(rekonstruksiya) və normala yaxın, estetik cəhətdən qəbul olunabiləcək görüntü əldə edilməsi (estetik cərrahiyyə) deməkdir.

          

                  

         

              

                

           

   

 

 

İstifadəçilər